The periodic table - classification of elements | Chemistry | Khan Academy
Bu videoda dövri cədvələ baxacağıq. Elementləri qruplara ayıracağıq. Və bu terminləri gözdən keçirərkən onları yoxlayacağam. Qruplar dövri cədvəldəki
şaquli sütunlardır. Beləliklə, buradan keçsəm,
bu elementlərin hamısının eyni şaquli sütunda olduğunu görə bilərəm. Yəni bütün bu elementlər eyni qrupdadır. Və buna 1-ci qrup deyirik. Bu elementlərin hamısının eyni sütunda olduğunu görə bilirəm. Yəni bütün bu elementlər eyni qrupdadır və
biz bunu 2-ci qrup adlandırırıq. Qruplarımı təsnifləşdirməyə davam edə bilərəm. Bu qrup 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 olacaqdır. Və sonra buraya qayıdıram və başqa bir şaquli sütunun olduğunu
görə bilərəm, buna görə qrup 13, 14, 15, 16, 17 və nəhayət 18. Beləliklə, qruplarınızı nömrələməyin
bir yolu budur. Qruplarınızı nömrələmək
üçün başqa bir yol var və bu, 1-ci qrupun 1A qrupu,
2-ci qrupun 2 A qrup olduğunu söyləməkdir. Və sonra
3-dən 12-dək qrupları
ötürərək nömrələmə sisteminizlə davam edin. Yəni 1A, 2A - bu 3A qrupu, 4A qrupu, 5-ci qrup 5A, 6A qrupu, 7A qrupu və sonda 8A. Qruplarınızı nömrələməyin bu ikinci yolu, valent elektronları haqqında
düşünməyiniz faydalıdır. İndi isə dövrlər konsepsiyasına keçək. Dövr dövri cədvəldə üfüqi bir sətirdir. Beləliklə, 1-ci dövrə baxsam və yalnız dövri cədvəlimdə hərəkət etsəm,
hidrogen və heliumun birinci dövrdə
olduğunu görərəm. İkinci dövrə gedirəm, buna
görə litium, berilium, bor, karbon, azot, oksigen, flor və neon. Beləliklə, dövrlərimin nömrələnməsinə
davam edə bilərəm, bu da 3, 4, 5 və 6 dövrü olardı. İndi bu videodakı dövri cədvəlin tam olmadığına diqqət yetirin. Mənim kifayət qədər yerim yoxdu və bu elementlərin hamısı barədə
onsuz da danışmayacağıq. Beləliklə, davam edək və sonrakı
metallara diqqət edək. Qələvi metallardan danışaq.
Metallardan bəhs edərkən, onu burada qırmızı rənglə
yazmağa çalışacağam. Qələvi metallara qrup 1 və
ya qrup 1A-da rast gəlinir, belə ki, litium və natrium,
kalium kimi şeylərə. Yəni burada mənim qələvi metallarım var. Qələvi metallar, son dərəcə
reaktiv olan yumşaq, gümüşü metallardır. Elementləri qruplara ayırmağın
bir yaxşı tərəfi, eyni qrupdakı elementlərin oxşar
kimyəvi xüsusiyyətlərə sahib olmasıdır. Beləliklə, qələvi metallar
oxşar
şəkildə reaksiyaya girirlər. Məsələn, bütün qələvi metallar
su ilə reaksiyaya girəcəklər. Və qələvi metallar o qədər reaktiv olur ki, onları təbiətdə saf vəziyyətdə tapa bilməyəcəksiniz. Çöldə gəzəndə yerdə bir az natrium tapmayacaqsınız. Təbiətdə digər elementlərlə birlikdə tapılırlar. Hidrogen haqqında danışaq, çünki hidrogen də 1-ci qrupdadır, lakin hidrogen bir qələvi metal deyil. Hidrogen qeyri-metaldır. Gəlin, buraya yaşıl
rəngdə çəkim. Qeyri-metalları yaşıl rəngdə təmsil edəcəyəm. Hidrogen qrup 1-də istisnadır. Sonra qələvi torpaq metalları haqqında danışaq. Qrup 2 və ya qrup 2A-da olanları burada tapa bilərsiniz. Maqnezium,kalsium və stronsium kimi şeylər qələvi torpaq metallarınızdır. Qələvi torpaq metallarınız reaktivdir - qrup 1-dəki metallar qədər reaktiv deyil, ancaq bunları da saf vəziyyətdə tapa bilməzsiniz. Onları digər elementlərlə birlikdə tapa
bilərsiniz. Və bir daha, qələvi torpaq metalları oxşar yolla reaksiyaya girəcəkdir. Bənzər kimyəvi xüsusiyyətlərə malikdirlər və buna görə də, bu dövri cədvəlin qruplara ayrılmasının əlverişli bir yoludur. Hələlik davam edək və deyək - 3 - 12 qrup - bunlar
hamısı buradakı metallardır. Və ümumiyyətlə, metallardan bir dəqiqə danışaq. Metallar, metalların xüsusiyyətləri. Metallar civə xaricində otaq temperaturunda bərk maddələrdir. Yəni burada
otaq temperaturunda
maye halında olan yalnız civə var. Metallar çox elastikdır, yəni onlardan müxtəlif formalar düzəldə bilərsiniz. Çox sərfəlidirlər. Kövrək deyillər. Metallar da elastikdir, yəni onlardan naqillərin içinə sala bilərsiniz. Onları naqil halında düzəldə bilərsiniz. Məsələn, mis kimi. Budur mis buradadır. Mis naqilləri, əlbəttə ki, evlərdə cərəyan daşıyır. Beləliklə, metallar yaxşı istilik və elektrik keçiriciləridir. Beləliklə,
əksər dərsliklərdə bəhs edilən metalların xüsusiyyətləri bunlardır. Qeyri-metal ilə müqayisə edək. Qeyri-metal - qeyri-metallar bərk olsa da, bu bərk maddələr kövrək olur, metal kimi elastik olmurlar. Qeyri-metal, istilik və elektrik enerjisinin zəif keçiriciləridir. Beləliklə, maddənin müxtəlif vəziyyətlərində
qeyri-metallara rast gəlinir. İndi qeyri-metallardan biri haqqında danışaq və bunlar halogenlərdir. Dövri cədvəlimizdəki halogenləri tapaq.
Onları qrup 7A ya da qrup 17-də, flüor, xlor, brom kimi tapırsınız. Budur halogenləriniz buradadır. Halogenlər reaktiv qeyri-metallardır. Beləliklə, adətən rənglidirlər,
tez-tez aşınmaya məruz qalırlar və halogen adı əslində duzdan
əmələgələn mənasını verir. Əslində, növbəti videodakı bəzi
elektron konfiqurasiyalarına baxdığımızda bura qayıdıb niyə bu qədər reaktiv olduqlarından danışacağıq. Beləliklə, bunlar halogenlərdir. Sonra, nəcib
qazları tapaq. Nəcib qazlar qrup 8A və ya qrup 18-də tapılır. Bunlardan bəziləri helium, neon, arqon, kripton kimi çox məşhurdur. Nəcib qazlarınız buradadır. Bunlar rəngsiz qazlardır və ümumiyyətlə, reaktiv deyillər. Bir daha, bəzi elektron konfiqurasiyaları
barədə danışarkən növbəti videoda bunun
səbəbini aydınlaşdıracayıq. Burada bir neçə başqa
qeyri-metal var, bunları bir dəqiqədə müəyyən edəcəyəm. Ancaq əvvəlcə dövri sistemin sol
tərəfindəki metallardan da danışmaq istəyirəm. Beləliklə, qırmızı rəngə qayıdaq. Görürsünüz ki, bütün bu metallar burada, sol tərəfdədir. Sonra qeyri-metallarım üçün yaşıl rənglə onları dövri cədvəlinizin sağ tərəfində tapacaqsınız. Bunları ayıran xətt - icazə verin, orada çəkim - bu bir ziqzaq xəttidir. Görək, burda rəsm çəkə bilərəm mi. Ayrım xətti belə bir şeyə bənzəyərdi. Dövri cədvəlimizdə bir
ziqzaq xətt çəkəcəyik.
Və bu ziqzaq xəttdə tapdığınız bəzi elementlər metallarla qeyri-metallar arasındakı xüsusiyyətlərə malikdir və biz bunlara metalloidlər deyirik. Gəlin, indi metalloidlərdən danışaq. Metalloidlər - əlbətdə ki, metal kimi olur, buna görə metallara bənzəyirlər,
lakin yenə də xüsusiyyətləri metal və qeyri-metal xüsusiyyətləri arasındadır. Metalloid sayılan bəzi elementlərə boru - burada - silikonu, germaniumu, arseni, stibiumu, telluru və bəzən
astatı misal göstərə bilərik. Bunu hansı dərslikdə
axtardığınızdan asılıdır. Beləliklə, bu ziqzaq xətti boyunca
bəzi elementlərin metalloid hesab olunduğunu görə bilərsiniz. Elementlərin metalloid hesab olunduğu rəsmi, vahid bir tərif yoxdur və buna görə də bu elementlərin bəziləri üçün orada uyğunsuzluq görə bilərsiniz. Ancaq, ümumiyyətlə, metalloid hesab edilənlər bunlardır, silisium, ehtimal ki, ən məşhurudur. Silisium yarımkeçiricidir. Bu
metalloiddir, buna görə metal kimi olur, buna görə elektrik keçirir, ancaq metalın edə biləcəyi dərəcədə deyil. Beləliklə, bu ara xüsusiyyətlər bəzən faydalıdır. Gəlin, bunların bir qismini qeyd edək. Bunlar bəzi digər metallar olacaqdır. Və sonra sağdakı qeyri-metallarınız burada olacaq. Karbon qeyri-metaldır, azot qeyri-metaldır, oksigen qeyri-metaldır, fosfor, kükürd. Beləliklə, dövri cədvəli bəzi sadə təriflərlə bölmək üçün sürətli bir
yoldur. Növbəti videoda elektron quruluş haqqında daha çox danışacayıq və keçid metallarının tərifini izah edəcəyik.